“Birinci “Skad” gecə, ikinci “Skad” isə səhər saatlarında vurulub” - Məhv edilən erməni zabitin atasından DETALLAR

2021/01/45-1609920828.jpg
Oxunub: 3045     13:15     03 Oktyabr 2022    
44 günlük müharibənin məhv edilən erməni zabit Harutyun Sukiasyanın atası Armen Sukiasyan oğlunun hökumət tərəfindən öldürüldüyünü bildirib.

Ordu.az xəbər verir ki, Harutyun Sukiasyan raket artilleriya qoşunlarında xidmət edib

Oktyabrın ikinci yarısında Ermənistan-Azərbaycan sərhədində Geğarqunik bölgəsində xidmət həyata keçirilib. O, “Skad”ın vurulması nəticəsində yaralanıb. Atasının sözlərinə görə, 2 “Skad” vurulub.

“Hadisə sentyabrın 13-dən 14-nə keçən gecə baş verib, birinci “Skad” bu zaman vurulub, ikinciyə isə səhər saatlarında zərbə endirilib”, - deyə Armen Sukiasyan bildirib.

“Oğlumun müharibədə öldüyünü düşünmürəm, qəsdən öldürülüb. Düşünürəm ki, müharibəni məğlubiyyətə aparanı öldürmək planlaşdırılırdı, bizim məsuliyyət daşıyan baş komandanımız var. O, müharibəyə təhrik etdiyi üçün günahkardır”, - deyə o qeyd edib.

O qeyd edib ki, hadisə Ermənistan ərazisində, Azərbaycan sərhədindən təxminən 30 km aralıda baş verib.

“Skad”a dəyən ilk zərbədən iki nəfər yerindəcə ölüb, beş hərbçi yaralanıb, onlardan biri mənim oğlumdur. Cinayət işində yalnız ikinci “Skad”ın adı çəkilir. Ölüm haqqında şəhadətnamədə oğlumun hansı səbəbdən öldüyü göstərilmir. PUA-nın vurduğunu deyirlər, amma video çəkilişlər var ki, PUA 40 dəqiqəlik video çəkilişlər edib, yəni 40 dəqiqə baxıblar. Burda Hava Hücumundan Müdafiə Komandiri günahkardır, onlar Raket Artilleriya İdarəsinin rəisinə məlumat verməyiblər, bir yerdə işləməyiblər”, - deyə Armen Sukiasyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Skad  


Bizi "telegram"da izləyin