"Türk Dövlətləri Təşkilatı Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştiraka hazırdır" - Baş katib

2021/10/4553-1633252353.jpg
Oxunub: 2311     12:17     16 Sentyabr 2022    
Türk Dövlətləri Təşkilatı Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak etməyə hazırdır.

Ordu.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində bu forumda iştirak etmək türkdilli dövlətlər üçün böyük şərəfdir.

"Mən dəfələrlə səfərim zamanı həm dövlət başçısı, həm də nazirliklər səviyyəsində işğaldan azad edilmiş ərazilərin bərpası sahəsində əməkdaşlığımızı müzakirə etmişəm. Bu gün keçmiş məcburi köçkünlərin azad edilmiş torpaqlara qayıdışı üçün çox böyük işlərin icra edildiyini görürük. Biz həmçinin Azərbaycanın bu əraziləri necə fəal və sürətlə bərpa etdiyini görməkdən məmnunuq və bu işlərdə iştirak etməkdə maraqlıyıq”, - deyə B.Amreyev bildirib.

Həmçinin, baş katibin sözlərinə görə, Zəngəzur dəhlizinin açılması region ölkələri arasında əməkdaşlıq üçün böyük potensiala malikdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TDT   Qarabağ  


Bizi "telegram"da izləyin