“Oktyabrın 11-də Hadrutda 73 nəfərlik heyət məhv edilib” - Erməni əsgər atası

2022/09/1663005514.jpg
Oxunub: 1453     17:40     26 Sentyabr 2022    
44 günlük müharibədə məhv edilən erməni hərbçilərin bir qrup valideynləri sentyabrın 10-da Ermənistan İstintaq Komitəsinin sədri Argişti Kyaramyanla görüşdə Cəlal Harutyunyanın təqsirləndirilən şəxs kimi prosesə cəlb edilməsini tələb ediblər.

Ordu.az xəbər verir ki, bunu məhv edilən erməni hərbçi Eduard Qazaryanın atası Aleksandr Qazaryan deyib.

O qeyd edib ki, oğlunun da olduğu taqım oktyabrın 11-də Hadrut şəhərinə aparılıb və orada 73 nəfərlik heyət məhv edilib.

“Oğlanları Cəlal Arutyunyan göndərib, həmin ərazi isə oktyabrın 9-da təhvil verilib. Artıq bir ildən çoxdur ki, cinayət işi başlanıb, indi məhkəməyə göndərilir. İstintaq başa çatır, müzakirə etmək üçün İstintaq Komitəsinə getdik. İş səhlənkarlıq zəminində açılıb, amma biz bunun əleyhinəyik, çünki bu, şəxsi xilas etmək üçün bir yoldur, belə olan halda yalnız vətənə xəyanət müddəası qaldırılmalıdır. Ehtiyatsızlıq maddəsi dörd ildən səkkiz ilə qədərdir. Əsas komandirdən taqım komandirinə qədər xəyanətdə iştirak edib”, - deyə Qazaryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müharibə   Hadrut  


Bizi "telegram"da izləyin