ABŞ Ordusuna İsveçrə istehsalı sualtı avtomatlar verilib

2022/09/1662010340.jpg
Oxunub: 3876     12:00     01 Sentyabr 2022    
ABŞ Ordusuna 315 ədəd 9×19 millimetrlik APC9K sualtı avtomat silahı təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə “The Drive” nəşri məlumat yayıb.

Yeni silah sisteminin tədarükü və tətbiqi 2019-cu ildə ABŞ Ordusu ilə İsveçrənin B&T şirkəti arasında 2,5 milyon dollarlıq müqavilənin bir hissəsidir.

Müqaviləyə əsasən ABŞ 1000-ə qədər APC9K avtomatları əldə edə biləcək. Hələlik 315 ədəd silah alınıb.

Silahların yalnız xüsusi beynəlxalq əməliyyatlar üçün istifadə ediləcəyi bildirilir.

APC9K dəqiqədə 1080 mərmi maksimum atəş sürətinə malik yeni avtomatdır. Cəmi 2,6 kiloqram ağırlığında olan silahın 30 mərmi daşıya bilən darağı var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ  


Bizi "telegram"da izləyin