Türkiyə Prezidenti taxıl müqaviləsinin uğurla həyata keçirildiyini açıqlayıb

2022/08/16218-1660846641.jpg
Oxunub: 401     22:06     18 Avqust 2022    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsinin uğurla həyata keçirildiyini açıqlayıb.

Ordu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı bunu Lvovda Ukrayna Prezidenti Volodimir Zelenski və BMT-nin baş katibi Antoniu Quterreşin iştirakı ilə keçirilən üçtərəfli danışıqların yekunlarına əsasən deyib.

“Qara dəniz boyu taxılın beynəlxalq bazarlara təhlükəsiz ixracı ilə bağlı İstanbul sazişi təkcə Ukraynada deyil, bütün dünyada müsbət təsir göstərir”, - Ərdoğan deyib.

O, ümid etdiyini bildirib ki, “məhsul sazişi”nin həyata keçirilməsinin uğuru Ukraynada münaqişənin nizamlanmasını nəzərə alaraq, sabit sülhün təmin edilməsi üçün yeni imkanlar yaradacaq.

Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi daha əvvəl Ukraynadan 622 min tondan çox taxıl daşındığını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ərdoğan  


Bizi "telegram"da izləyin