Ərdoğan və Zelenski arasında görüş olub - YENİLƏNİB-2

2022/08/5c943-1660839620.jpg
Oxunub: 1136     20:07     18 Avqust 2022    
Ukrayna Prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Lvovda keçirilən görüşün təfərrüatını açıqlayıb.

Ordu.az Ukrayna liderinin rəsmi teleqram kanalına istinadən xəbər verir ki, müzakirələrdə Zaporojye Atom Elektrik Stansiyası (ZAES) ətrafındakı vəziyyət və ikitərəfli hərbi əməkdaşlıq müzakirə olunub.

“Türkiyə Prezidentinin Ukraynaya səfəri belə bir qüdrətli ölkənin dəstəyinin bariz göstəricisidir. Lvovdakı görüşdə biz Rəcəb Tayyib Ərdoğanla taxıl təşəbbüsünün yaxşılaşdırılması imkanlarını, Zaporojye AES ətrafındakı vəziyyəti müzakirə etdik. Həmçinin müdafiə sahəsində əməkdaşlıq məsələlərinə də toxunduq”, - Ukrayna lideri qeyd edib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkari Volodimir Zelenski arasında görüş başa çatıb.

Ordu.azxəbər verir ki, liderlər Ukraynadakı müharibəni, o cümlədən taxıl ixracı məsələsini müzakirə ediblər.

Qeyd edək ki, V.Zelenskinin BMT Baş katibi Antoni Qutereşlə görüşü də baş tutub.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş başlayıb.

Ordu.az xəbər verir ki, görüş Ukraynanın Lvov şəhərində keçirilir.

Lvovda BMT Baş katibi Antonio Quterreş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında üçtərəfli görüş də nəzərdə tutulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin