Rusiya Sovet dövründən qalma silah sınaq obyektini yeniləyib

2022/08/50790-1660819058.jpg
Oxunub: 665     12:55     19 Avqust 2022    
Rusiyada Sovet dövründən qalma böyük silah laboratoriyasını yenidən işə salıb.

Ordu.az xəbər verir ki, bu barədə TASS xəbər agentliyi “TsNIIToçMaş” şirkətinə istinadən məlumat yayıb.

Sınaq obyektinin əsaslı təmir olunduğu bildirilir.

Rusiya ordusu üçün tank əleyhinə raketlər və tüfənglər istehsal edən, tədqiqat aparan və silah dizaynı ilə məşğul olan “TsNIIToçMaş” şirkətin bildirib ki, yenilənmiş laboratoriyada balistik silahlar və kiçik çaplı artilleriya həddindən artıq soyuq temperaturda sınaqdan keçirilə biləcək.

“Ordu-2022” silah sərgisinin açılışı zamanı çıxış edən Putin bildirib ki, Rusiya müttəfiqlərinə qabaqcıl silahlar satmağa və hərbi texnologiyanın inkişafında başqaları ilə əməkdaşlıq etməyə hazırdır.

Rusiya silah satışında ABŞ-dan sonra ikinci yerdədir və ildə 15 milyard dollara yaxın silah tədarük edir ki, bu da qlobal ixrac bazarının təxminən beşdə birini əhatə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TsNIIToçMaş   Rusiya  


Bizi "telegram"da izləyin