Rusiya raket ata bilən robot itini təqdim edib - Sistem Çindən sifariş verilib?

2022/08/1660818942.jpg
Oxunub: 588     20:34     18 Avqust 2022    
Rusiyada tank əleyhinə raket buraxan qurğu və optik nişangah daşıyan hərbi robot it təqdim edilib.

Ordu.az xəbər verir ki, sistem avqustun 15-də başlayan “Ordu-2022” Beynəlxalq Hərbi-Texniki Forumunda nümayiş etdirilib.

Dövlətə məxsus “RİA Novosti”nin yaydığı videoda qara parçaya bükülmüş dördayaqlı robotun konfrans zalının döşəməsində hərəkət etdiyi görünür.

Robot əyilmək, dönmək, irəli-geri hərəkət etmək, uzanmaq qabiliyyətini nümayiş etdirir, lakin silah nümayişi olmayıb.

Məlumata görə, platforma Rusiyanın “Intellect Machine” mühəndislik firması tərəfindən hazırlanmış M-81 robot sistemindən yaranıb.

Bildirilir ki, o, hədəf təyin etmək, düşmən obyektlərinə sızmaq, kəşfiyyat, silah və sursatların daşınması daxil olmaqla, müxtəlif hərbi tapşırıqları yerinə yetirə bilər.

Sosial mediada mütəxəssislər robotun Çin istehsalı olan Go1 robotuna oşxadığı müəyyən edilib. Go1 robot sistemi hazırda “AliExpress” alış-veriş saytında 2700 dollara satılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin  


Bizi "telegram"da izləyin