Hindistan ordusuna yeni yerli silahlar tədarük edilib

2022/08/1660818347.jpg
Oxunub: 383     16:23     18 Avqust 2022    
Hindistan Ordusuna “Made in India” (Hindistanda istehsal et) təşəbbüsü çərçivəsində hazırlanmış geniş çeşiddə hərbi silah və texnika təhvil veriliv.

Ordu.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb.

Ölkənin müdafiə naziri Racnat Sink Dehlidə keçirilən mərasimdə silah sistemlərini təhvil verib.

Təchizatların Çin və Pakistanla uzun sürən sərhəd münaqişələri fonunda ordunun əməliyyat hazırlığını gücləndirəcəyi gözlənilir.

Təhvil verilən texnikalara müşahidə sistemləri, patrul katerləri, çevik reaksiya verən döyüş maşınları və avtomatik rabitə sistemləri daxildir.

Hindistan Ordusu həmçinin qabaqcıl termal kameralar, tanklar üçün təkmilləşdirilmiş görüntüləmə sistemi və yeni “Nipun” adlı piyada əleyhinə mina əldə edib.

Əsgərlərin sağ qalma qabiliyyətini artırmaq üçün Müdafiə Nazirliyinə doqquz millimetrlik sursatdan qoruya bilən ballistik gözlüklər, dəbilqələr və gülləkeçirməz jiletlər təhvil verilib

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Silah  


Bizi "telegram"da izləyin