Belarus “Ordu-2022”də yeni zirehli personal daşıyıcısını təqdim edib

2022/08/photo-1660817815.jpg
Oxunub: 424     15:26     18 Avqust 2022    
Moskva vilayətində keçirilən “Ordu 2022” forumunda Minsk Təkərli Traktor Zavodu yeni zirehli personal daşıyıcısını təqdim edib.

Ordu.az xəbər verir ki, sərgidə təqdim olunan MZKT 690003 (V-2) zirehli personal daşıyıcısı sınaqdan keçirilmiş prototipdir.

Maşının maksimal sürəti 110 km/saat, suda maksimal sürəti 10 km/saat, çəkisi 22 tondur. Şirkətin stendində bildiriblər ki, zirehli texnika ötən il təqdim edilib. Texnika “Ordu 2022”də artıq bütün lazımi sınaqlardan keçmiş və satışa hazır olan prototip kimi nümayiş etdirilib.

Avtomobil tam qaynaqlanmış zirehli gövdəyə malikdir və zirehli personal daşıyıcısında enerji uducu oturacaqlar quraşdırılıb ki, bu da partlayış zamanı zərbə dalğasını yumşaltmağa imkan verir. Maşın şəxsi heyətin daşınması üçün nəzərdə tutulub və əlavə olaraq döyüşdə hava-desant bölmələrinə atəş dəstəyi, həmçinin zirehli texnikalara müqavimət göstərə bilər.

“Ordu-2022” beynəlxalq hərbi-texniki forumu avqustun 15-dən 21-dək keçirilir. Forumda 72 ölkədən hərbi nümayəndə heyətləri iştirak edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   Moskva  


Bizi "telegram"da izləyin