ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə ANAMA-da görüş olub

2022/08/f0d57-1660813714.jpg
Oxunub: 591     13:08     18 Avqust 2022    
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevara ilə görüş keçirib.

Bu barədə Ordu.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, agentliyin yaradılma tarixçəsi, ümumi fəaliyyəti, ikinci Vətən müharibəsindən sonra qarşıya qoyulmuş yeni hədəfləri, eləcə də hökumət tərəfindən müəyyən olunan prioritetlərə əsasən Qarabağda icra edilən humanitar minatəmizləmə əməliyyatları barədə səfirə məlumat verilib.

Hüqo Qvera işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Görüş zamanı Amerika Birləşmiş Ştatları tərəfindən ANAMA-ya partlayıcı qurğuların təhlükəsi ilə mübarizədə mümkün töhfə verilməsi və Qarabağda təhlükəsiz mühitin yaradılması istiqamətində tərəfdaşlığın genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   ANAMA  


Bizi "telegram"da izləyin