Elçin Quliyev: "Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir"

2021/11/566-1638286548.jpg
Oxunub: 459     09:21     18 Avqust 2022    
"Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir".

Ordu.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev bildirib.

DSX rəisinin sözlərinə görə, sərhəd bölmələri müasir silahlarla, döyüş texnikaları ilə, xüsusi avadanlıqlarla, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat, sualtı əməliyyat və müşahidə vasitələrilə, istehkam avadanlıqları və qoruyucu vasitələrlə təmin edilirlər:

"Dövlət sərhədlərinin etibarlı mühafizəsi həlledici dərəcədə sərhədçilərin peşəkarlığından, sərhəd bölmələrinin peşəkar kadr heyəti ilə komplektləşməsindən asılıdır. Dövlət Sərhəd Xidmətinin fəaliyyətində kadr hazırlığı çox əhəmiyyətli və xüsusi diqqət yetirilən bir sahədir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DSX   Elçin-Quliyev  


Bizi "telegram"da izləyin