Laçını tərk edən ermənilərin Azərbaycan ərazilərinə od vurmasını əks etdirən görüntülər yayılıb - VİDEO

2022/08/1660799862.jpg
Oxunub: 1154     08:17     18 Avqust 2022    
Avqustun sonuna qədər Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk etməli olan, Azərbaycan ərazisində qeyri-qanuni məskunlaşmış ermənilər evləri yandırmağa, dağıtmağa, meşələrə od vurmağa davam edir.

Ordu.az xəbər verir ki, bir neçə gün bundan öncə Laçını tərk etməli olan ermənilər Azərbaycan ərazisinə od vurub.

Onların meşələri yandırmasını əks etdirən görüntlər yayılıb.

Laçını tərk etməli olan ermənilər qanunsuz məskunlaşdığı Azərbaycan ərazisindəki evlərini tərk edərkən dağıntılar törədib, tikililərə od vurub.

Həmin görüntülərdə ermənilərin əraziləri yandırması, evləri dağıtması aydın şəkildə görünür.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Yanğın  


Bizi "telegram"da izləyin