Stoltenberq: “NATO Kosovodakı sülhməramlılarının sayını artıra bilər”

2022/04/sdf44-1648999738.jpg
Oxunub: 546     20:55     17 Avqust 2022    
Serbiya ilə gərginlik olacağı təqdirdə NATO Kosovodakı sülhməramlılarını artıracaq.

Ordu.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Serbiya Prezidenti Aleksandr Vuçiçlə Brüsseldə baş tutmuş görüşündən sonra mətbuata açıqlamasında deyib.

“Bizim hazırda Kosovoda nəzərəçarpan missiyamız var, hərbi mövcudluğumuz 4000 nəfərə yaxındır. Ehtiyac olarsa, biz qüvvələri hərəkət etdirəcəyik və onları lazım olan yerə yerləşdirərək mövcudluğumuzu artıracağıq. Biz artıq Şimalda mövcudluğumuzu artırmışıq. Biz daha artığına da hazırıq”,- deyə Stoltenberq vurğulayıb.

Qeyd edək ki, bu ayın əvvəlində Kosovo ilə Serbiya arasında gəriginlik pik həddə çatıb.

Baş verən insidentlər zamanı 10-dan çox kosovolu yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stoltenberq   Serbiya   NATO  


Bizi "telegram"da izləyin