Ordu.az xəbər verir ki, görüş zamanı Ombudsmanın nümayəndələri ailənin qayğıları ilə maraqlanıblar. Görüşdə həmçinin Ombudsman Səbinə Əliyeva tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının təmin olunmasına xüsusi diqqət və qayğı ilə yanaşıldığı bildirilib, bu sahədə həyata keçirilən fəaliyyət haqqında məlumat verilib.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi Ruslan Sadıqov "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ordu.az