“Hraparak”: Ermənilərin kəndlərdən çıxarılması təxirə salınacaq?

2022/08/1660736271.jpg
Oxunub: 868     10:42     18 Avqust 2022    
Zabuxda qanunsuz məskunlaşan ermənilərdən biri evini yandırıb.

Həmin erməni 28 il orada qanunsuz yaşayıb, atası Qarabağ müharibəsinin birinci mərhələsində iştirak edib. Ermənilər evləri yandırmaqla Ermənistan hökumətindən kompensasiya almaq istəyir.

Ermənistanın iqtisadi və sosial inkişaf naziri Hayk Xanumyan 10 gün əvvəl kəndə gələrək erməniləri evləri yandırmamağa çağırıb, əks halda onlara kompensasiya verilməyəcəyini bildirib.

“Hraparak” nəşri yazıb ki, gələn həftə Moskvada gözlənilən üçtərəfli görüşdə kəndlərin boşaldılması tarixlərinin 1-2 ay gecikdirilməsi ilə bağlı razılığın əldə oluna biləcəyi haqda xəbərlər var.

“Belə olan halda hakimiyyət kommunikasiya problemini həll etmək üçün vaxt tapacaq. Söhbət qaz kəmərinin, elektrik xətlərinin, internet stansiyalarının Laçından köçürülməsindən gedir, çünki onlar yeni yol istismara veriləndən sonra Azərbaycan ərazisində qalacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Laçın   Qarabağ  


Bizi "telegram"da izləyin