“Lragir” nəşri yazır ki, Rusiya Müdafiə Nazirliyinin və Azərbaycanın məqsədi indiki mərhələdə erməniləri Bakı qarantiyasına tabe etməkdir.
“Ermənistan rəhbərliyinin bəyanatlarına əsasən, İrəvan bu tələblə razılaşır. Paşinyan dəfələrlə bəyan edib ki, Qarabağ məsələsi ərazi məsələsi deyil, ermənilərin hüquqları və təhlükəsizliyi məsələsidir. Əgər Bakı və Moskva ermənilərin təhlükəsizliyinə zəmanət verirsə, o zaman Ermənistan ordusunun Qarabağda olmasına ehtiyac yoxdur. Və hökumət dairələri səmimi deyirlər ki, əgər Ermənistanla Qarabağ arasında seçim olarsa, o zaman İrəvan Qarabağı qurban verməlidir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az