“Lragir”: 25 avqust Rusiya üçün son tarixdir

2022/08/1660736054.jpg
Oxunub: 1338     12:22     18 Avqust 2022    
Laçın dəhlizində rejim dəyişikliyi, tərksilah tələbi və ermənilərin köçürülməsi Rusiyasız baş verə bilməz, bütün bunlar Rusiyanın rəhbərliyi altında baş verir.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Lragir” nəşri yazıb.

Nəşr bildirir ki, Moskva Qarabağın Bakıya təhvil verilməsini sürətləndirməyə çalışır.

“İrəvan kollaborsionist administrasiyası rus cinayətini təbliğ etmək və “qanuniləşdirmək” kimi növbəti çirkin rolu öz üzərinə götürdülər. Noyabrın 9-dan sonra bu günə qədər erməni məsələlərini beynəlxalq legitim strukturların müzakirəsinə qaytarmaq, parlamentdə qərarlar qəbul etmək imkanlarından istifadə edilməyib.

Ermənistan parlamentinin “müxalifəti” də öz növbəsində 9 noyabr kağızı və Rusiya planlarına sadiqlik çərçivəsində küçələrdə daxili siyasi xaosu təmin etməklə, geniş media-ekspert resursları ilə eyni rolu yerinə yetirir.

25 avqust tarixi həm də Rusiyanın mövcudluğu üçün son tarix, “missiyanın” başa çatmasıdır”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Laçın  


Bizi "telegram"da izləyin