Türkiyə XİN başçısı qırğız həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıb

2022/07/thumb-1659007075.jpg
Oxunub: 288     15:31     17 Avqust 2022    
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qırğız həmkarı Ceenbek Kulubayevlə müzakirə etdiyi məsələləri açıqlayıb.

Ordu.az xəbər verir ki, türkiyəli nazir mətbuat konfransında həm Azərbaycanda, həm də Özbəkistanda keçirdiyi toplantılar barədə qırğız həmkarını məlumatlandırdığını söyləyib.

“Terrorla mübarizə barədə də danışdıq. Terrorla mübarizəyə dair andımız var. Mübarizəmizi sonadək davam etdirəcəyik. Terrorun Qırğızıstan üçün təhdid olmasını istəmirik. Ukraynadakı, Əfqanıstandakı durumu, həmçinin digər regional və ikitərəfli məsələlər barədə fikir mübadiləsi apardıq. Türk Dövlətləri Təşkilatının gələcəyini müzakirə etdik”, - M.Çavuşoğlu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İsrail  


Bizi "telegram"da izləyin