“Avqustun 20-də Zabuxda işıq və rabitə kəsiləcək”

2022/04/1651218154.jpg
Oxunub: 1285     19:55     17 Avqust 2022    
“Avqustun 20-nə kimi kəndi tam boşalda bilməliyik, hamı qalmaq istəyir, amma mümkün deyil, avqustun 20-də səhər işıq, rabitə kəsiləcək, su da olmaya bilər. İndi əsas məsələ şəxslərin sakit bir şəkildə kənddən çıxarılmasıdır”.

Ordu.az xəbər verir ki, bunu qondarma qurumun Zabux kəndindəki “nümayəndə”si Andranik Çavuşyan bildirib.

Onun sözlərinə görə, Zabuxdakı ermənilər üç istiqamətdə hərəkət edirlər: Xankəndi, Zəngəzur və İrəvan.

“İnsanlara kömək etməyi bacarmalıyıq, bu dəqiqə köməyə ehtiyacımız var, sakinlər əşyalarını yandırmaq əvəzinə köçürməlidir. İnsanlar əşyalarını çıxarıb hara aparacaqlarını bilmir, İrəvanda münasib qiymətə ev tapa bilmirlər. Hər şeyi deyə bilmərik, bircə onu deyə bilərəm ki, 25-nə qədər hamı ərazini tərk etməlidir”, - deyə Çavuşyan qeyd edib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zabux   Laçın  


Bizi "telegram"da izləyin