Qərb-Rusiya gərginliyi fonunda Ankranın siyasəti və İrəvanın təhlükəli vəziyyəti – BAXIŞ BUCAĞI

2022/08/Untit-1660735717.jpg
Oxunub: 427     14:11     18 Avqust 2022    
BMT-nin baş katibi Antonio Quterreş avqustun 18-də Ukraynanın Lvov şəhərinə səfər edəcək və burada Ukrayna prezidenti Zelenski və Türkiyə prezidenti Ərdoğanla görüşəcək.

Ərdoğanın Ukraynaya səfər etməsi xüsusilə diqqətəlayiqdir. Türkiyə Ukrayna böhranında “sistem” və ya “mülayimləşdirici” rolu öz üzərinə götürüb. Ankara müharibənin bir tərəfi ilə ticarət müqaviləsi imzalayır, digərinə müharibədə humanitar yardım göndərir.

Bu kontekstdə avqustun 17-də mətbuatda Rusiyanın Türkiyəyə S-400 zenit-raket komplekslərinin ikinci partiyasının tədarük edildiyi barədə məlumat yayılıb. Türkiyə tərəfi məlumatı təkzib edib.

Türkiyə Rusiya ilə Qərb arasında funksional rol oynayır. Bu məsələ bizim regiona da öz təsirini göstərir. Ankaranın maraqlarına Qafqaz da daxildir və 2020-ci il müharibəsindən sonra Türkiyə burada birbaşa hərbi-siyasi mövcudluğu ilə müşayiət olunur.

Bu gün Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı danışıqlar aparılır. Eyni zamanda Ermənistan-Azərbaycan danışıqları, İran-Türkiyə arasında rəqabət, Qərb-Rusiya arasında gərginlik müşahidə olunur.

Bu cür fövqəladə hadisələr fonundan Ermənistanın daxilində ciddi siyasi və təhlükəsizlik problemləri var. İrəvanda vəziyyət dərin mənada, siyasi cəhətdən çılğın, qeyri-adekvat və təhlükəlidir. Bu qeyri-sabitlik artıq gərgin olan regional vəziyyəti daha da ciddiləşdirir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Rusiya  


Bizi "telegram"da izləyin