Erməni ictimai xadim: “Vətəndaş müharibəsi ola bilməz, ancaq ölkə terror teatrıdır”

2022/08/1660734148.jpg
Oxunub: 415     16:45     18 Avqust 2022    
“Ermənistanda vətəndaş müharibəsi təhlükəsi yoxdur, ancaq ölkə terror teatrına çevrilib”.

Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Vasak Darbinyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Ermənistanda həm 1996-cı ildə, həm seçkidən sonrakı ehtirasların qızışdığı günlərdə, həm də 1997-98-ci illərdə Qarabağ probleminin mərhələli həllinin qızğın müzakirəsi və rədd edilməsi zamanı klassik mənada vətəndaş müharibəsi ehtimalı sıfıra bərabər idi.

“Terrorizm 27 oktyabr 1999-cu ildə və 2008-ci il martın 1-də baş verdiyi kimi Ermənistanın daxili həyatında ən böyük fəlakət ola bilər. Üstəlik, o, özünü konkret fəaliyyət kimi deyil, gizli, məkrli, hibrid variant kimi ortaya çıxarıb”, - deyə Daribanyan bildirib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Terror  


Bizi "telegram"da izləyin