“1in.am”: Ermənistanda təhlükəsizlik qaydalarına “qayğısızlıq” “genetik” fenomenə çevrilib

2022/08/1660733751.jpg
Oxunub: 421     16:24     18 Avqust 2022    
İrəvanda yerləşən “Surmalu” adlı ticarət mərkəzində nə baş verib və partlayışın səbəbi nə olub, bilinmir, araşdırmalar aparılmalı və suallara cavab verməlidir.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın nüfuzlu “1in.am” nəşri yazıb.

Nəşr qeyd edir ki, hadisə ilə bağlı xüsusilə internet ictimaiyyəti müxtəlif fərziyyələr səsləndirir.

“Bir çox ictimai qruplar var ki, faicədən xal toplamağa çalışılar. Biz təhlükəsizlik qaydalarının pozulması ilə, yoxsa terrorizm və ya başqa niyyətlə üz-üzəyik? Şübhə yoxdur ki, araşdırmanın nəticələrindən sonra da çoxları buna inanmayacaq və “öz fərziyyələrini” quracaqlar. Bütün cəmiyyətlər belədir, təkcə ermənilər deyil.

Ermənistanda və onun ətrafında son dərəcə mürəkkəb geosiyasi, hərbi-siyasi, təhlükəsizlik vəziyyəti bu reallığın üzə çıxmasına kömək edir. Son aylarda və xüsusən də son həftələrdə Ermənistanda müxtəlif yerlərə yerləşdirilən bombaların olması ilə bağlı həddən artıq çox saxta həyəcan siqnalı verilir. Üstəlik, bu zənglər hətta yarmarkada partlayış baş verən gün də daxil olmuşdu və fövqəladə vəziyyətdə işləyən xüsusi xidmət orqanları, Fövqəladə Hallar Nazirliyi bir sıra bomba barədə yalan siqnalı izləmək üçün öz səylərini və resurslarını həddən artıq sərf etməli olub.

Bir şey dəqiqdir ki, hansısa qüvvə və ya qüvvələr Ermənistanın ictimai-dövlət həyatını iflic etməklə, cəmiyyəti daim təşviş içində saxlamaqla məşğuldur. Ola bilsin ki, bu cür qüvvələr həm xaricdə, həm də daxildədir.

Ermənistanda gündəlik həyatda təhlükəsizlik qaydalarına “qayğısızlıq” mahiyyətcə “genetik” fenomenə çevrilib. Demək olar ki, bu, insan həyatının bütün sahələrində ifadə olunur. Burada onu da qeyd etmək lazımdır ki, Ermənistanda onilliklər ərzində bu problemin daha da dərinləşməsinin qarşısının alınmasına yönəlmiş dövlət siyasəti, təhlükəsizlik şüurunun formalaşdırılması üçün heç bir mürəkkəb siyasət aparılmayıb”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qayğısızlıq  


Bizi "telegram"da izləyin