Erməni siyasi xadim: “Bakı ilə birbaşa danışmağa ehtiyac var”

2022/08/1660733725.jpg
Oxunub: 1010     13:35     19 Avqust 2022    
Rusiyanın Qarabağda təhlükəsizliyi təmin etmək mifi dağılıb.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Karen Ohancanyan bildirib.

O qeyd edib ki, Ukraynadakı müharibə və rus qoşunlarının uğursuzluğu Rusiyanın hərbi güc kimi imicini dağıdıb.

“Bu, Qərbin Rusiyaya qarşı ən sərt sanksiya siyasəti ilə yanaşı, həmin ölkəni Qarabağda Azərbaycanın qətiyyəti qarşısında tamamilə müdafiəsiz vəziyyətə salıb. Rusiyanın Azərbaycan və Türkiyənin kommunikasiya və digər logistik imkanlarından asılı olması onu zəiflədib”, - deyə Ohancanyan vurğulayıb.

O bildirib ki, Azərbaycanla birbaşa danışmaq lazımdır.

“Azərbaycan bizim qonşumuzdur və arzuolunandır ki, normal münasibətlərimiz olsun, bu, bizə problemləri sülh yolu ilə, hərbi həddi aşmadan həll etməyə, danışıqlar masası arxasında milli maraqlarımızı qorumağa imkan verər. Ən azından ictimai səviyyədə dialoqun təzələnməsinə ehtiyac var. Azərbaycanın siyasi və ictimai dairələrinin nümayəndələri ilə təmasların bərpasını istisna etmirəm”, - deyə erməni siyasi xadim qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarbağ  


Bizi "telegram"da izləyin