Ermənistan FHN: “Surmalu”da 4 tona yaxın alışan maddə olub

2022/08/1660733583.jpg
Oxunub: 369     15:29     17 Avqust 2022    
İrəvanın “Surmalu” ticarət mərkəzinin ərazisinin 50-60 faizi artıq təmizlənib və partlayıcı tapılmayıb.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın fövqəladə hallar naziri Armen Pambuxyan deyib.

O bildirib ki, ilkin hesablamalara görə, partlayışdan əvvəl binada 4 ton alışan material olub.

Nazir bildirib ki, indiyədək 16 nəfərin cəsədi çıxarılıb, 1 nəfərin kimliyi məlum deyil. Dağıntılar altında qalanların cəsədlərini çıxarmaq üçün ağır texnika işləyəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Surmalu  


Bizi "telegram"da izləyin