Ukraynalı general: "Rusiya Krımdakı partlayışlara görə yeni hücum əməliyyatlarına hazırlaşır"

2022/08/62f25-1660051892.jpg
Oxunub: 420     13:55     17 Avqust 2022    
“Rusiya ordusu işğal altındakı Krımda baş verən partlayışlara görə cavab əməliyyatına hazırlaşır”.

Ordu.az xəbər verir ki, bunu Xarici Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general Nikolay Malomuj deyib.

Onun sözlərinə görə, Rusiyanın ehtimal edilən əməliyyatı avqustun 24-də, Ukraynanın Müstəqillik Günündə ola bilər.

“Qarşı tərəf yeni hücum əməliyyatlarına hazırlaşır. Belarus ərazisində çoxlu aviasiya və raket sistemləri cəmləşib. Biz yeni raket zərbələri və genişmiqyaslı hücum əməliyyatları gözləyirik”, - o bildirib.

Generalın sözlərinə görə, artıq yüzlərlə texnika Xerson və Zaporejye istiqamətlərində hərəkət edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Krım  


Bizi "telegram"da izləyin