Rusiyanın İrandan 1000 ədəd PUA alacağı iddia edilir

2022/08/62441-1660281648.jpg
Oxunub: 421     14:34     17 Avqust 2022    
Ukraynadakı müharibdə PUA çatışmazlığı ilə üzləşən Rusiyanın İrandan 1000-ə yaxın PUA alacağı iddia edilir.

Ordu.az xəbər verir ki, bu barədə Yaxın Şərq və Şimali Afrika (MENA) bölgəsində araşdırma aparan Elijah J Maqnier məlumat yayıb.

Sözügedən tədarüklə bağlı müqavilənin İranın Rusiyaya “bir neçə” simulyator və PUA təhvil verməsindən sonra imzalandığı, çatdırılan PUA-ların isə Ukraynada istifadə edildiyi iddia edilir.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da oxşar bəyanatlar verib. Sullivan hesab edir ki, Rusiyanın İrandan “yüzlərlə” PUA tədarük etməsi Ukraynadakı itkiləri ilə bağlıdır.

Rusiya Ukrayna ilə müharibə “Kub-E”, “Forpost-R”, “Orlan-10”, “Lancet-3” və “Orion-E” kimi PUA-larından aktiv şəkildə istifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   İran  


Bizi "telegram"da izləyin