129 ədəd F-35 qırıcısı üçün 7,6 milyard dollarlıq müqavilə imzalanıb

2022/07/GÜNE-1657601002.jpg
Oxunub: 584     11:34     18 Avqust 2022    
“Lockheed Martin” ABŞ ordusu və müttəfiq qüvvələri üçün 129 ədəd F-35 "stels" qırıcı istehsalı üçün 7,6 milyard dollar dəyərində müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 49 ədədi F-35A ABŞ Hərbi Hava Qüvvələrinə, 18 ədəd F-35A və F-35B ABŞ Hərbi Dəniz Qüvvələrinə və 10 ədəd F-35C isə ABŞ Dəniz Piyadaları Korpusuna təhvil veriləcək.

32 F-35A və 4 F-35B isə ABŞ-ın ordudan kənar təhlükəsizlik qüvvələrinə tədarük ediləcək.

Qalan 16 F-35 isə Xarici Hərbi Satışlar çərçivəsində ABŞ-ın müttəfiqlərinə veriləcək.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   F-35  


Bizi "telegram"da izləyin