ABŞ Ordusu gələn ay “Stryker” maşınlarına quraşdırılmış lazerləri işə salmağa başlayacaq

2022/08/1660723746.jpg
Oxunub: 309     12:10     18 Avqust 2022    
ABŞ Ordusunun Sürətli Qabiliyyətlər və Kritik Texnologiyalar İdarəsi (RCCTO) gələn ay “Stryker” zirehli maşınlarına quraşdırılmış lazer silahlarını işə salmağa başlayacaq.

Ordu.az xəbər verir ki, bu barədə İdarənin rəhbəri general-leytenant Neil Turqud məlumat verib.

O bildirib ki, Yönləndirilmiş Enerji – Qısa Mənzilli Hava Hücumundan Müdafiə (DE M-SHORAD) sisteminin ilk batareyası yaxın 45 gün ərzində Oklahomadakı hərbi obyektə çatdırılacaq.

DE M-SHORAD sistemi 598 kiloqram qədər çəkisi olan düşmən PUA-larını vurmaq üçün nəzərdə tutulmuş 50 kilovatlıq lazer silahıdır.

Lazer həmçinin raketləri, minaatanları və artilleriya mərmilərini vura və zərərsizləşdirə bilər.

Turqud bildirib ki, lazer silahının atış texnikası silahdan güllə atmağa bənzəyir.

“Bu, sadəcə şüadan hazırlanmış bir güllədir – yeganə fərq budur. Öldürmə zənciri eynidir", - deyə o qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stryker   ABŞ  


Bizi "telegram"da izləyin