Nigeriyanın JF-17 döyüş təyyarəsi Türkiyə istehsalı sistemlərlə görüntülənib

2022/08/aselp-1660723673.jpg
Oxunub: 612     12:30     17 Avqust 2022    
Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus JF-17 döyüş təyyarəsi Türkiyənin ASELSAN şirkəti tərəfindən istehsal olunan ASELPOD kəşfiyyat və hədəfləmə sistemi ilə görünüb.

Ordu.az xəbər verir ki, bu barədə “DefenceTurk” nəşri yazıb.

Çin və Pakistanın birgə istehsal etdiyi təyyarələr bir neçə ay öncə Nigeriya ordusuna təhvil verilib.

Nigeriya ordusunun istifadə etdiyi təyyarələr “JF-17A Block II” konfiqurasiyasında olan döyüş təyyarələridir.

Pakistan 2020-ci ilin sonunda JF-17-nin “Block III” modelinin istehsalına başladığını elan edib.

Nigeriya Hərbi Hava Qüvvələri Pakistandan sifariş verdiyi üç JF-17 döyüş təyyarəsinin hamısını alıb.

Türkiyə istehsalı ASELPOD sistemi hədəfləri dəqiqliklə təyin edə və hansının aktiv olduğunu müəyyən bilir. Pakistan öz hava qüvvələrində istifadə etmək üçün Türkiyədən ASELPOD alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya   ASELPOD  


Bizi "telegram"da izləyin