Britaniya Sahil Mühafizəsi S-100 pilotsuz helikopterləri alacaq

2022/08/1660723363.jpg
Oxunub: 637     16:21     17 Avqust 2022    
Britaniya Sahil Mühafizə Komandanlığı “Camcopter” S-100 pilotsuz helikopterləri almaq üçün müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Army Recognition” nəşri yazıb.

Helikopterləri istehsal edən Avstriyanın “Schiebel” şirkəti ilə imzalanan müqavilə 10 illikdir. Bu müddət ərzində şirkət pilotsuz sistemləri tədarük edəcək və onlara xidmət göstərəcək.

S-100 şaquli qalxa və enə bilən pilotsuz helikopterdir. Həm quruda, həm də dənizdə 200 km-ə qədər məsafədə müxtəlif faydalı yüklərlə əlverişsiz hava şəraitində gecə-gündüz işləyir.

Sistemin maksimum sürəti saatda 220 kilometrdir və 5500 metr yüksəkliyə malikdir. S-100 55 at qüvvəsi olan mühərriklə təchiz edilir və çoxsaylı sensorlar daşıya bilir.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Schiebel   Helikopter  


Bizi "telegram"da izləyin