Çin ordusu HJ-9 tank əleyhinə raketlərini yüksək hündürlükdə sınaqdan keçirib

2022/08/PLA_C-1660722871.jpg
Oxunub: 451     16:45     17 Avqust 2022    
Çin ordusu 4x4 təkər formullu WZ550 zirehli avtomobilindən HJ-9 tank əleyhinə raketlərini yüksək hündürlükdə sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “China Military Online” nəşri məlumat yayıb.

Raketlər 5200 metr hündürlüyə malik yaylada atış sınaqlarında keçirilib.

AFT-9 və ya HJ-9 (HongJian 9) Çinin “Norinco” şirkəti tərəfindən hazırlanmış tank əleyhinə raketdir. Bu raket 100-5000 metr məsafədə düşmən tanklarına və digər zirehli və ya zirehli olmayan hədəflərə hücum etmək üçün istifadə olunur.

1 oktyabr 2009-cu ildə Pekində keçirilən hərbi parad zamanı raket 4x4 təkər formullu WZ550 zirehli maşının şassisinə quraşdırılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: WZ550   Çin  


Bizi "telegram"da izləyin