"Snayper həddi" beynəlxalq müsabiqəsinin ilk çalışması icra olunub - FOTO

2022/08/1ead2-3321443560.jpg
Oxunub: 456     11:35     17 Avqust 2022    
“Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində İranın Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində plana uyğun birinci mərhələnin ilk çalışması icra edilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Atışlar zamanı bütün təhlükəsizlik qaydalarına ciddi riayət olunub.

Snayperlərimiz təyin olunmuş vaxt ərzində 300-600 metr məsafədə yerləşən üç hədəfə atəş açmaq üzrə çalışmanı bacarıqla yerinə yetiriblər.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Müdafiə-Nazirliyi  


Bizi "telegram"da izləyin