MKİ-nin prioritetində dəyişiklik və Qafqaz - Çin üçün Ermənistan qərargahdır?

2022/04/56756-1649757996.jpg
Oxunub: 716     12:58     17 Avqust 2022    
“Associated Press” öz mənbələrinə istinadən məlumat yayıb ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əsas iş istiqamətini terrorizmlə mübarizədən Çinə ötürür.

Məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koen qapalı iclasda MKİ-nin əsas istiqamətinin dəyişdirilməsi ilə bağlı kəşfiyyat işləri departamentlərinin əməkdaşlarını məlumatlandırıb. Qeyd edilir ki, MKİ Çin istiqamətində iş yerlərinin sayını artırmağa, çin dilini bilən işçiləri işə götürməyə başlayıb. Məlumatda bildirilir ki, bu, həm də terrorizmlə mübarizədən Çinə qarşı mübarizəyə ayrılan vəsaitin yenidən bölüşdürülməsi demək olacaq. Mübarizə konkret nə demək olacaq, necə ifadə olunacaq və nə qədər pula başa gələcək?

MKİ rəhbərinin Qafqaza səfərinin ardından belə bir açıqlama yayılması region ölkələrinin də diqqətini çəkməlidir. Əlbəttə, səfərin məhz bu məqsədlə baş tutduğunu söyləmək bəlkə də mübaliğə olar, lakin bir sıra səbəblərə görə Qafqazın da bu mənada əhəmiyyətli zonalardan biri olacağı şübhəsizdir. Ehtimal etmək olar ki, regional səfər zamanı ABŞ kəşfiyyat xidmətinin direktoru Çin üçün prioritet məsələdə Qafqazın rolu və imkanlarının miqyasını da nəzərdən keçirib. Bölgənin bu kontekstdə məna kəsb etməsini forma və məzmun baxımından məntiqli hesab etmək olar.

Bir müddət öncə Çinin Qafqazda Rusiyadakı səfirliyindən sonra Avrasiya regionunda ikinci ən böyük səfirliyi açılıb. Həmin səfirlik İrəvanda tikilib. Çin böyüklüyündə olan səfirlik qətiyyən təəssübkeşliyin sübutu deyil və bu mənada çinlilərdə o kompleks yoxdur.

Çin şübhəsiz funksional müşahidələr və hesablamalar əsasında Avrasiya regionunda ikinci ən böyük səfirliyini tikib. Bu isə o deməkdir ki, Pekin üçün Qafqaz ən azı müəyyən bir strateji prioritet ərazidir, qərargahı Ermənistandır.

ABŞ Mərkəzi Kəşfiyyat Xidmətinin yeni prioriteti, yeni əsas istiqaməti kontekstində Qafqazın istər-istəməz yeni “məna” qazanacağı şübhəsizdir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKI   Çin   Qafqaz  


Bizi "telegram"da izləyin