Cənubi Qafqazda sərhəd transformasiyasını kim müəyyənləşdirir? - BAXIŞ BUCAĞI

2020/12/4b38b-8034139150.jpg
Oxunub: 658     17:55     18 Avqust 2022    
Rusiya sərhəd xidmətinin aktivləşdirilməsi və Ermənistan-İran sərhədində yeni bazaların quraşdırılması analitiklərin diqqət mərkəzində olmaqda davam edir. Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya Sərhəd Mühafizə İdarəsi Ermənistan-İran sərhədi ilə bağlı açıqlama verib. Məlumatda bildirilir ki, Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq və terrorçuların İran ərazisindən Ermənistan ərazisinə soxulmasının qarşısını almaq üçün fəaliyyəti gücləndirilib.

Lakin bu səbəblər o qədər də inandırıcı görünmür.

Bəziləri deyir ki, ruslar Ermənistan-İran sərhədindən Ermənistanın dərinliyinə keçməklə və Əkərək ərazisində bir neçə yeni modul stansiya quraşdırmaqla Zəngəzur dəhlizinin açılması üçün zəmin hazırlayırlar. Bəs bu hərəkətlər sırf dəhlizlə, yoxsa birbaşa geosiyasi hərəkətlərlə də bağlıdır?

Xatırladaq ki, Rusiya sərhədçilərinin xidmətinin gücləndirilməsi iyulun 25-də ABŞ dövlət katibinin İrəvan və Bakı ilə telefon danışığından sonra baş verir. Vaşinqton ilk dəfə tərəflərə regional kommunikasiyaların açılması üçün kömək təklif edib.

Dövlət Departamentinin bəyanatına görə, Blinken bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verib. Daha sonra ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi vəziyyətə aydınlıq gətirərək deyib ki, söhbət texniki yardımdan gedir. ABŞ səfiri başqa təfərrüatları açıqlamayıb. Bütün bunlar Rusiya səhədçilərinin Ermənistan-İran sərhəddində əlavə funksiyaların yerinə yetirilməsi üzrə fəaliyyətləri fonunda baş verir.

Daha sonra Lavrov və Blinken Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə telefonla danışıb. Onlar arasında nə müzakirə edildiyi açıqlanmayıb. İran da ötən ay Ərdoğan və Putinlə görüş zaman Ermənistan sərhədi ilə bağlı kəskin fikirlər səsləndirib. Faktiki olaraq isə sərhədlərin yenidən formalaşdırılması prosesi başlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qafqaz  


Bizi "telegram"da izləyin