NATO Baş katibi Serbiya və Kosovo liderləri ilə görüşəcək

2022/04/sdf44-1648999738.jpg
Oxunub: 327     12:42     17 Avqust 2022    
Bu gün NATO-nun Baş katibi Yens Stoltenberq Kosovonun Baş naziri Albin Kurti və Serbiya Prezidenti Aleksandr Vuçiçlə görüşəcək.

Ordu.az xəbər verir ki, bu barədə Alyansın rəsmi səhifəsində yazılıb.

Qeyd olunub ki, görüşlər NATO-nun Brüsseldəki mənzil qərargahında keçiriləcək.

Həmçinin liderlərin Serbiya və Kosovo arasındakı gərginliyi müzakirə edəcəkləri gözlənilir.

Bildirilib ki, görüşdən sonra mətbuat konfransı təşkil ediləcək.

Xatırladaq ki, Serbiya və Kosovo arasında gərginliyə Kosovo hökumətinin bu ölkədəki serblərə qarşı tətbiq etdiyi yeni qaydalar səbəb olub.

Liderlərin sabah - avqustun 18-də Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrellə üçtərəfli görüş keçirəcəkləri planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Kosovo  


Bizi "telegram"da izləyin