Rusiya səmasında Britaniyanın RC-135 kəşfiyyat təyyarəsi aşkarlanıb

2022/08/597B7-1660622988.jpg
Oxunub: 387     04:55     16 Avqust 2022    
Rusiya səmasında Britaniyanın kəşfiyyat təyyarəsi aşkarlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, Böyük Britaniyanın elektron kəşfiyyat və elektron mübarizə təyyarəsi (EW) Rusiyanın dövlət sərhədini pozub.

"Hava Hücumundan Müdafiə Qoşunları Barents dənizi üzərində Rusiya Federasiyasının dövlət sərhədinə doğru hərəkət edən naməlum hədəfi aşkar edib. Dövlət sərhədinin pozulmasının qarşısını almaq üçün hava hücumundan müdafiə qüvvələri MiQ-31BM qırıcısını qaldırıb. Onun Britaniyanın RC-135 radiokəşfiyyat və elektron müharibə təyyarəsi olduğunu müəyyən edib”, - məlumatda deyilir.

Kəşfiyyat təyyarəsi Rusiya qırıcısının ekipajının hərəkətləri ilə ölkə ərazisindən çıxarılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin