Kuleba Türkiyənin Ukraynaya cəbhədə mühüm köməyini vurğulayıb

2022/07/1659084717.jpg
Oxunub: 334     03:11     16 Avqust 2022    
"Əgər Türkiyə, onun xarici siyasəti haqqında qısaca danışsaq, bu, Ukrayna ilə hərbi-texniki sahədə, Rusiya ilə isə ticarət-iqtisadi sahədə əməkdaşlıqdır. Yəni bizə cəbhədə Rusiyaya müqavimət göstərməyə kömək etməklə - obyektiv olaraq Türkiyə bunu edir, Rusiyadan isə pul qazanırlar”.

Ordu.az xəbər verir ki, bunları Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Qordon” nəşrinə müsahibəsində deyib.

O, qeyd edib ki, Türkiyə Ukrayna ilə hərbi-texniki, Rusiya ilə isə ticarət-iqtisadi sahədə əməkdaşlıq edir.

Nazir Türkiyənin müasir siyasətini Osmanlı diplomatiyasının qədim ənənələri ilə əlaqələndirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kuleba   Türkiyə  


Bizi "telegram"da izləyin