Ukraynada Rusiya ordusunun generalı öldürülüb

2022/04/5de70-1649511162.jpg
Oxunub: 708     02:55     16 Avqust 2022    
Ukraynada Rusiya ordusunun generalı öldürülüb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bildirib.

O, ölkənin Silahlı Qüvvələrinin Xerson bölgəsindəki Rusiya ordusunun generalını zərərsizləşdirdiyini qeyd edib.

"Dəqiqləşdirilməsi vacib olan ilkin məlumata görə, Rusiya generalı bu gün (dünən-red) Xerson istiqamətində öldürülüb", - o deyib.

Arestoviç öldürülən generalın adını açıqlamayıb. O, eyni zamanda, düşmənin xeyli sayda canlı qüvvəsinin artilleriya zərbəsi ilə zərərsizləşdirildiyini də əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya   General  


Bizi "telegram"da izləyin