Ukrayna cari ilin dövlət büdcəsində müdafiə xərclərini artırıb

2022/06/1654665077.jpg
Oxunub: 376     17:15     15 Avqust 2022    
Ukrayna Ali Radası ölkənin müdafiə xərclərinin pul emissiyası hesabına 7,3 milyard ABŞ dolları artırılmasının lehinə səs verib.

Ordu.az xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jelezyak məlumat verib.

Onun sözlərinə görə, Rada müvafiq qanun layihəsini təsdiq edib. Vəsait daxili yığımlar hesabına cəlb ediləcək.

Xatırladaq ki, cari il üçün Ukrayna büdcəsinin təhlükəsizlik və müdafiə yönümlü ümumi xərcləri 1,2 trilyon qrivna (32,55 milyard dollar) təşkil edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin