“Türkiyə və Azərbaycanın başqa ölkələrin nəzarətində olmayan yola ehtiyacları var” – Danielyan

2021/08/Danie-1629536245.jpg
Oxunub: 547     16:38     15 Avqust 2022    
Azərbaycan nazirinin (xarici işlər naziri Ceyhun Bayramovu nəzərdə tutur – red.) Naxçıvana İrana üzərindən alternativ yolun olması barədə bəyanatı yanlış anlaşılıb. Onun mənası fərqli şərh olunur, lakin başqa bir şərh də ola bilər”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Türkiyə və Azərbaycanın İran üzərindən əldə etdikləri birbaşa yola yox, başqa ölkələrin nəzarətində olmayan yola ehtiyacları var.

“Bu yolla bağlı tələskənliyin olmamasının səbəbi budur. Onlara milli qanunvericilik və qaydalara görə Ermənistan (əslində Rusiya) tərəfinin nəzarətində olan müqaviləyə ehtiyac yoxdur və belə bir razılaşma imzalamaq istəmirlər.

Bəs onlar Rusiya ilə bağlı nə düşünürlər, bunu demək çətindir, bəlkə də hələ yekun qərar qəbul etməyiblər, onların gələcək siyasəti Ukraynadakı vəziyyətdən asılıdır”, - deyə ekspert yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Dəhliz  


Bizi "telegram"da izləyin