“Hürriyyət”: Rubinyan Türkiyənin xüsusi nümayəndəsini türk dilində salamlayır

2022/03/1647340324.jpg
Oxunub: 513     16:10     15 Avqust 2022    
Türkiyənin “Hürriyyət” nəşrinin saytında “Ermənistanla münasibətlərin nizamlanmasının yeni mərhələsi. Buzları əridən 500 telefon danışığı” başlıqlı məqalə dərc olunub.

Ordu.az xəbər verir ki, məqalədə müəllif Türkiyə Xarici İşlər Nazirliyinin anonim rəsmisinə istinadən bəzi təfərrüatlar açıqlayıb.

Məqalədə Türkiyə və Ermənistan xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyanın iş fəaliyyətlərindən bəhs edilir.

Məqalənin əvvəlində Ermənistan-Türkiyə nizamlanması prosesinin növbəti mərhələyə qədəm qoyduğu, bu proses çərçivəsində sentyabrda iki ölkənin müvafiq strukturlarının texniki məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün görüşməsinin planlaşdırıldığı qeyd edilir.

İki ölkənin nümayəndə heyətlərinə Nəqliyyat, Ticarət və Xarici İşlər nazirliklərinin nümayəndələri də daxil olacaqlar. Son görüşdə əldə olunan razılaşmalar çərçivəsində texniki nümayəndə heyətlərinin addımlarını da özündə əks etdirən yol xəritəsinin hazırlanması planlaşdırılır. Sentyabr iclasının yeri hələ açıqlanmayıb.

Müəllif qeyd edib ki, Rubinyan və Kılıç arasında Moskva və Vyanada 4 görüşdən əlavə 500-ə yaxın telefon danışığı olub. Müəllif Türkiyənin yüksək rütbəli məmurlarına istinad edərək yazır ki, “iki xüsusi nümayəndənin kimyası üst-üstə düşüb” və onlar çox səmimi və mehriban dialoq qurublar. O da qeyd olunur ki, “erməni siyasətçi Rubinyan təcrübəli səfir Serdar Kılıçı görüşlərdə türkcə salamlayır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin