“Ermənilər heç yerdə, hətta İrəvanın mərkəzində də təhlükəsiz deyil” - Qazinyan

2022/08/1660563351.jpg
Oxunub: 512     15:42     15 Avqust 2022    
“Heç bir erməni heç yerdə, hətta İrəvanın mərkəzində də təhlükəsiz deyil”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Artur Qazinyan öz “Facebook” səhifəsində yazıb.

“Ölkədə təhlükəsizlik sıfır səviyyəsindədir, tam qeyri-ciddilik, anarxiya hökm sürür. Nəticə insan tələfatı, dağıntılar, itkidir. Təhlükə evlərimizə çatdı”, - deyə o qeyd edib.

Xatırladaq ki, İrəvanda “Surmalu” adlı ticarət mərkəzində baş vermiş partlayış nəticəsində 6 nəfər ölüb, 61 nəfər yaralanıb, 17 nəfər itkin düşüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Partlayış  


Bizi "telegram"da izləyin