Rusiya Ukraynadakı müharibə ilə bağlı silah ixracı potensialını itirir

2022/08/f8462-1660560591.jpg
Oxunub: 531     17:51     15 Avqust 2022    
Qərbin sanksiyaları və Ukraynada məhv edilmiş avadanlıqların dəyişdirilməsi nəticəsində Rusiya hökuməti bir neçə silah müqaviləsini dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.

Mart ayında Moskva Serbiyaya 2 Ka-32 helikopterinin tədarükü ilə bağlı müqaviləni dayandırıb. May və iyun aylarında Rusiya Əlcəzairi hərbi texnikanın, o cümlədən amfibiya təyyarələrinin və proqram təminatının tədarükü üzrə müqavilələrin icrasının gecikdirilməsi barədə məlumatlandırıb.

İyulda Rusiya Müdafiə Nazirliyi Myanmaya “Orlan-10” PUA-larının tədarükü ilə bağlı müqaviləyə xitam verməyi və təzminat ödəməyi təklif edib. Moskva, həmçinin 4 Su-30SME qırıcısının, 2 “Pantsir-S1” hava hücumundan müdafiə sisteminin və 1 radar sisteminin tədarükünü təxirə salmağı təklif edib.

Məlumatda deyilir ki, Rusiya Vyetnama artilleriya sistemləri və tank əleyhinə raket sistemlərinin tədarükünü dayandırması, habelə beynəlxalq sanksiyalara görə “Kazan Ansat” yüngül helikopterlərini istehsal edə bilməməsi barədə məlumat verib.

Moskva Hindistana AK-203 hücum tüfənglərinin tədarükünü gecikdirir, habelə Qazaxıstan və Belarusa Tor-M1 zenit-raket kompleksi üçün avadanlıqların tədarükü müqavilələri də “uğursuzluq riski altındadır”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin