ABŞ Ordusu yeni nəsil IVAS gözlüklərini sınaqdan keçirib

2022/08/1660560258.jpg
Oxunub: 411     17:11     15 Avqust 2022    
ABŞ Ordusu yeni nəsil IVAS (Integrated Visual Augmentation System) gözlüklərini sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

Əməliyyat sınaqları Şimali Kaliforniyanın Fort Braq şəhərindəki bazada baş tutub.

IVAS texnologiyası aktiv döyüş meydanlarında və müxtəlif hava şəraitində döyüşçülərin səmərəliliyini artırmaq üçün müxtəlif proqramlarla inteqrasiya olunub.

Sistemə gələcək nəsil 24/7 situasiya məlumatlandırma proqramları və digər yüksək keyfiyyətli rəqəmsal sensor imkanlarının inteqrasiya ediləcəyi gözlənilir.

Cihaz qərar qəbuletmə, əsgərin tədqiqi, hədəfin əldə edilməsi və nişan alınmasını təkmilləşdirmək üçün nəzərdə tutulub..

Keçən il ordu IVAS-ı təyyarə ekipajları və digər operatorlar üçün sınaqdan keçirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   IVAS  


Bizi "telegram"da izləyin