Aİ nüvə sazişinin əldə olunması üçün ABŞ və İrana təzyiq edir

2021/10/610c9-1634186356.jpg
Oxunub: 359     13:20     15 Avqust 2022    
Avropa İttifaqı (Aİ) İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını bərpa etmək üçün ABŞ və İrana təzyiq edir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, Avropa nüvə sazişi ilə bağlı son təklifini bir neçə gün əvvəl edib: “Əgər bu həftə saziş əldə olunmasa, qorxuram ki, danışıqlar ABŞ-da noyabr ayında keçiriləcək seçkilərədək təxirə salınar”, - Aİ diplomatiyasının rəhbəri Jozep Borrel bildirib.

Məlumata görə, İran ABŞ-ın sazişdən imtina etməyəcəyi ilə bağlı zəmanət tələb edir. Avropa isə İranın neft potensialını nəzərə alaraq, sazişin mümkün qədər tez əldə olunmasına maraq göstərir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   Nüvə  


Bizi "telegram"da izləyin