ABŞ Konqresinin nümayəndə heyəti Tayvan Parlamentində olub

2022/08/1660553160.jpg
Oxunub: 368     12:45     15 Avqust 2022    
Avqustun 15-də senator Ed Markinin (Massaçusets ştatı) başçılıq etdiyi ABŞ Konqresinin nümayəndə heyəti Tayvan Parlamentində olub.

Ordu.az xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi İnformasiya Agentliyi məlumat yayıb.

Amerikalı qanunvericilər iqtidar və müxalifətdən olan tayvanlı deputatlarla görüşlər keçiriblər.

Bundan başqa, amerikalı konqresmenlərin Tayvan administrasiyasının rəhbəri Tsay İnvenlə görüşəcəyi gözlənilir. Amma bəzi məlumatlara görə, bu görüş artıq baş tutub, lakin bu barədə rəsmi məlumat verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tayvan  


Bizi "telegram"da izləyin