İsrail Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində üç suriyalı hərbçi ölüb

2021/04/israe-1618549339.jpg
Oxunub: 337     05:26     15 Avqust 2022    
İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqin ətrafı və Tartus əyalətinə hücumu zamanı üç suriyalı hərbçi həlak olub, bir neçəsi isə yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “SANA” agentliyi Suriya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bundan əvvəl Suriyanın hava hücumundan müdafiəsi İsrail Hərbi Hava Qüvvələrinin Tartus əyalətində və Livanla sərhəddəki Qələmun dağlarında hücumunu dəf edib.

Müdafiə Nazirliyinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri iki istiqamətdən hücuma keçib. Dəməşqin ətrafı Beyrut tərəfdən, Tartus əyaləti isə Aralıq dənizi tərəfdən hücuma məruz qalıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İsrail  


Bizi "telegram"da izləyin