“Baykar” üç illik PUA sifarişi alıb

2021/12/20210-1640427464.jpg
Oxunub: 734     21:27     14 Avqust 2022    
“Bayraktar TB2” və “Bayraktar Akıncı” pilotsuz uçan aparatlarının istehsalı ilə məşğul olan Türkiyənin “Baykar” şirkəti ayda 20 pilotsuz təyyarə istehsal etmək gücünə malikdir və üç illik sifariş ehtiyatına malikdir.

Ordu.az xəbər verir ki, bu barədə Bloomberg agentliyinin materialında deyilir.

Qeyd olunub ki, hazırda Türkiyənin pilotsuz təyyarə istehsalçısı yalnız Ukraynadan gələn sifarişlərə fokuslanıb. Bildirilib ki, Bayraktar Kizilelma adlı pilotsuz döyüş təyyarəsi layihəsi üzərində də çalışan şirkət istehsal gücünü daha da artırmaq istəyir və Ukraynadakı zavodla buna nail olacağına ümid edir.

Türkiyənin "Bayraktar" hücum pilotsuz təyyarələrinin istehsalı zavodu 2023-cü ilin sonunda Ukraynada fəaliyyətə başlaya bilər. Tikintiyə başlamaq üçün artıq hazırlıq işlərinə başlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bayraktar   Türkiyə  


Bizi "telegram"da izləyin