“Tank biatlonu” müsabiqəsində komandalar normativləri yerinə yetiriblər - FOTOLAR

2022/08/5e22e-4981452597.jpg
Oxunub: 597     16:27     14 Avqust 2022    
“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərinin Alabino poliqonunda keçirilən “Tank biatlonu” müsabiqəsində iştirakçı ölkələrin nümayəndələri texniki hazırlıq üzrə normativləri yerinə yetiriblər.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən bildirilib.

Müsabiqədə iştirak edən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəliblər.

Qeyd edək ki, "Tank biatlonu” müsabiqəsi cari ilin avqust ayının 27-dək davam edəcək.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tank-biatlonu  


Bizi "telegram"da izləyin